9 Fevral 2023 17:00
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçkilər haqqında danışmaq hələ tezdir, çünki Türkiyə əhalisinin 15 faizi zərər çəkmiş ərazidədir. Hazırda mayın 14-də seçkinin keçirilməsi ilə bağlı çox ciddi çətinliklər var”.

Teleqraf.com xəbər verir ki, bunu adını açıqlamayan türk rəsmisi “Röyter”ə deyib.

Türkiyə rəsmisi bildirib ki, zəlzələ mayın 14-də keçiriləcək seçkilərə ciddi çətinliklər yaradıb: “İndi seçkilər haqqında danışmaq tezdir”.

Türkiyənin on bölgəsində fövqəladə vəziyyət elan edildiyinə diqqət çəkən “Röyter” mənbəsinə əsaslanaraq iddia edib ki, türk rəsmisi belə vəziyyətdə seçkilərin keçirilməsinin çətin olduğunu qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər