11 Fevral 2023 19:37
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsindən Türkiyə yük maşınları növbəsiz buraxılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının başçısı Sergey Menyaylo məlumat verib.

O bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ ilə əlaqədar respublikanın rəhbərliyi Türkiyə yük maşınlarının sərhəddən növbəsiz buraxılması barədə qərar qəbul edib.

Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına görə, hazırda “Yuxarı Lars” keçid məntəqəsində olan 2300 avtomobilin 20 faizi Türkiyəyə gedir. Onlar üçün ayrıca dəhliz yaradılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər