Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın şiddətli zəlzələnin baş verdiyi Türkiyəyə humanitar yardım gödərməsi məsələsinin müzakirəsini davam etdirir.
Teleqraf.com xəbər verir ki, media qurumları və siyasiləri Paşinyanın addımını doğru hesab etmirlər.
Müzakirələrə qatılan bəzi erməni siyasilər isə bunun humanizm yox, sırf diplomatik gediş baxımından doğru hesab etdilərini deyirlər. Ümumilikdə isə Ermənistanın ictimai-siyasi rəyində “ən yaxşı türk ölü türkdür”, “ermənilər türk öldürmək üçün doğulublar” kimi qeyri-insani fikirlər hakimdir.
Bunu açıq formada dilə gətirənlərdən biri elə Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Akop Aslanyan olub.
Aslanyanın bu barbar fikrinə bənzər növbəti ifadələri erməni türkoloq Akop Çakryan dilinə gətirib. Baş nazirin qərarını diplomatik gediş kimi qiymətləndirən Çakryan özü olsaydı, bunu etməyəcəyini deyib, dağıntılar altında qalmış türk uşaqlarının xilas edilməsini isə "heç nə" adlandırıb.
“Düzünü desəm, mən olsaydım, kömək göndərməzdim, indi xilasedicilər gedib, uşaqları dağıntılar altından çıxarırlar, heç nə”, - erməni ekspert bildirib.
Baş nazir Paşinyanın qərarı ilə ötən həftə Ermənistandan Türkiyəyə humanitar yardım və xilasedicilər göndərilib.