Türkiyədə 74 yaşlı Cəmilə Kekeç 227 saat sonra dağıntılar altından xilas edilib.
Teleqraf.com xəbər verir ki, o, Kahramanmaraşın Qalxan yaşayış binasının dağıntıları altından çıxarılıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.