Britaniyanın müdafiə naziri Ben Uolles hazırda Ukraynaya döyüş təyyarələri göndərməyəcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Uolles təyyarənin Formula 1 komandasına təhvil verilməsi ilə müqayisə edib, çünki avadanlıqların yerləşdirilməsinə hazırlıq - yüzlərlə mühəndis və pilotun cəlb edilməsini nəzərdə tutur.
Fevralın 9-da Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna hərbçilərinin Britaniyada təlimlərinin genişləndirildiyini rəsmən elan edib. Bundan sonra ölkənin silahlı qüvvələri də ukraynalı pilotlara təlim keçəcək. Sunak həmçinin Müdafiə naziri Ben Uollesə gələcəkdə Silahlı Qüvvələrə verilə biləcək təyyarə modellərini müəyyən etməyi tapşırıb.
Eyni zamanda, Uollesin özünün də qeyd etdiyi kimi, Britaniya bu təyyarələri dərhal təhvil verməyəcək.
London yalnız rus qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra qırıcıların göndərilməsinə razı olacağını əvvəl də qeyd etmişdi.
Müdafiə Nazirliyinin rəhbəri həmçinin əmindir ki, hazırda Ukrayna Silahlı Qüvvələri üçün quruda əməliyyatlar üçün ən çox tələb olunan uzunmənzilli silahlar və zenit-raket kompleksləridir.