Yalnız Belarusa hücum olacağı təqdirdə ruslarla birlikdə döyüşə bilərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə xarici jurnalistlərlə mətbuat konfransında deyib.
Lukaşenko Belarusun Rusiya ilə müharibəyə qoşulma ehtimalı ilə bağlı bunları qeyd edib:
“Yalnız bir halda mən ruslarla birgə döyüşməyə hazıram - əgər bir əsgər belə mənim xalqımı öldürmək üçün silahla torpaqlarımıza gəlsə".
Ölkəsinə hücum olacağı təqdirdə ən sərt şəkildə cavab verəcəklərini dilə gətirən Lukaşenko bildirib ki, müharibə tamamilə fərqli bir xarakter alır.
O, bundan əvvəl qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirmişdi. Rusiya və Belarusun mütəmadi olaraq keçirdiyi birgə hərbi təlimlər Belarusun Ukraynadakı müharibəyə qoşulacağına dair narahatlıqları artırıb.