17 Fevral 2023 00:42
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Ukraynaya kömək üçün 75 milyard kron (7,27 milyard dollar) ayırıacaq.

Teleqraf.com xəbər verir ki, bu ölkə parlamenti qərar qəbul edib.

Vəsait 5 il ərzində ildə 1,45 milyard dollar olmaqla ayrılacaq.

Baş nazir Yonas Qar Störenin sözlərinə görə, Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyalar Norveçdən ixracın artmasına səbəb olub.

Sözügedən vəsait neftdən əldə olunan gəlirlərdən əldə olunacaq.

Prezident Vladimir Zelenski videomüraciətində Norveçin ölkəsinə dəstəyinə görə təşəkkür edib.


Müəllif: Teleqraf.com