20 Fevral 2023 11:07
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika ordusu Suriyanın şimalında İŞİD-ə qarşı helikopter dəstəyi ilə əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatda “Batar” olaraq təsbit edilən, lakin kimliyi ilə bağlı əlavə məlumat verilməyən şəxsin ələ keçirildiyini açıqlayıb.

Sözügedən şəxsin İŞİD üzvlərinin saxlandığı təcridxanalara hücumların planlaşdırılmasında və kustar üsulla hazırlanan partlayıcı maddələrin istehsalında iştirak etdiyi ifadə edilib.

CENTCOM-un açıqlamasında mülki şəxslərin zərər görmədiyi vurğulanıb. Əməliyyat dörd amerikalı əsgərin yaralandığı növbəti basqının ertəsi günü keçirilib. Qeyd edək ki, həmin basqın zamanı İŞİD lideri Həmzə əl-Homsi öldürülmüşdü.


Müəllif: Nemət

Oxşar xəbərlər