Fevralın 24-ü Rusiyanın Ukraynaya təcavüzünün 1 ili tamam olur. Bu tarix yaxınlaşdıqca Rusiya ordusuna siyasi təzyiqlər artır. Çox güman ki, Kreml yerdəki reallıqdan asılı olmayaraq, Baxmutun ələ keçirildiyini iddia edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilib.
Əgər Rusiyanın yaz hücumu heç bir nəticə verməsə, çox güman ki, Rusiya rəhbərliyi daxilində gərginlik artacaq:
"Rusiya Ukraynanın şərqində bir neçə hücum zonasını inkişaf etdirməkdə davam edir: Vuhledar, Kremennaya və Baxmut. Bununla belə, xüsusilə Baxmut və Vuhledarda işğalçı qüvvələrin itkiləri yüksək olaraq qalır.
“Xüsusən də “elit” 155-ci və 40-cı rus dəniz piyada briqadaları Vuqledarda çox ağır itkilər veriblər və yəqin ki, döyüşdə səmərəsizdirlər. Luqansk vilayətində Rusiyanın hücum əməliyyatlarının əsas mərhələsi davam edir. Bununla belə, Rusiyanın hücumunun miqyasını və ya intensivliyini kəskin şəkildə artırmaq üçün kifayət qədər sərbəst ehtiyatları yoxdur".
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ötən sutka ərzində, fevralın 19-da ukraynalı müdafiəçilər Xarkov, Luqansk və Donetsk vilayətlərinin 7 yaşayış məntəqəsi ərazilərində rus işğalçılarının hücumlarını dəf ediblər. Ruslar əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücum əməliyyatları keçirmək cəhdlərinə cəmləşdirirlər.
Bu arada Rusiyanın Ukraynadakı itkiləri 143 min 680 canlı qüvvəyə çatıb. Gün ərzində bu statistikaya daha 820 hərbçi əlavə olunub. Müdafiə Qüvvələrinin əsgərləri isə 40-dan çox müxtəlif texnikanı partladıblar.