20 Fevral 2023 16:37
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək, heç yolun yarısına belə çatmamışıq”.

Teleqraf.com xəbər verir ki, bunu Hollandiya xarici işlər naziri Vopke Hekstra deyib.

Nazir Ukraynaya hərbi yardımın sürətini azaltmadan davam etməli olduğunu bildirib.

Hekstra müharibədə daha çox əzmkarlığa ehtiyac olduğuna diqqət çəkib:

“Dözməliyik. İndi dəstəyi dayandırmaq olmaz, onda hər şey boşa çıxa bilər. İkinci Dünya Müharibəsinin də tezliklə bitəcəyini düşünürdülər. Heç yolun yarısına belə çatmamışıq”, - nazir vurğulayıb.

Hekstra qeyd edib ki, müharibənin nə qədər davam edəcəyinə başqaları yox, Ukraynanın özü qərar verəcək:

“Biz onları dəstəkləyirik. Aylarla, bəlkə də illərlə silah və texnika daşımaqdan başqa seçiminiz yoxdur. Əks halda, danışıqlardan danışmağa belə ehtiyac yoxdur. Döyüş meydanında güclü olanlar sonda danışıqlar masası arxasında uğur qazanacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər