20 Fevral 2023 17:39
3 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyənin Kahramanmaraş vilayətində şiddətli zəlzələlərdən sonra böyük fəlakətin yaşadığını bildirib.

Teleqraf.com xəbər verir ki, Avropa Birliyinə (AB) Türkiyəni dəstəkləməyə çağıran nazir “Böyük kömək lazımdır” deyib.

Dendias Türkiyəyə səfəri ilə bağlı AB-dən olan həmkarlarına məlumat verəcəyini söyləyib.

“Həmkarlarımla Türkiyə və Suriyada zəlzələ qurbanlarının yanında necə dayana biləcəyimizi danışmaq imkanım olacaq. Bunu dediyim üçün çox üzgünəm, ilk dəfə görülən, çox böyük bir fəlakət yaşanır. Böyük kömək və dəstəyə ehtiyac var”, - Dendias qeyd edib.

Zəlzələdən sonra Hatay və Adanaya səfər edən Dendias türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu