Türkiyənin Millətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Bağçalı İstanbul şəhərində mümkün zəlzələlərə hazırlıqla bağlı çağırış edib.
Teleqraf.com xəbər verir ki, MHP lideri nöqsanların dərhal aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.
“Türkiyə üzrə 6,7 milyon riskli bina aşkarlanıb. İnsan səhvlərini sıfırlamalıyıq. Əvvəlcə tədbir görməli, sonra inamla həyatımıza davam etməliyik. İstanbul üçün hazır olmalıyıq, itirməyə vaxt yoxdur, dərhal hərəkətə keçməliyik.
Bu fəlakətdən çıxardığımız dərslərlə daha təhlükəsiz, dinc və möhkəm gələcəyin əsasını qoymalıyıq”, - Bağçalı bildirib.