Belarus parlamentinin aşağı palatası dövlətə xəyanətə görə məmurların edam edilməsinin mümkünlüyü haqqında qanun layihəsini ikinci, yekun oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentin yuxarı palatası təsdiq etməli və prezident tərəfindən imzalanmalıdır.