22 Fevral 2023 08:00
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər