Rus ordusu beş istiqamətdə irəliləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində deyilir.
Qeyd olunur ki, son sutka ərzində düşmən çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən Ukrayna ərazisinə 59 hücum həyata keçirib.
Nəticədə mülki yaşayış binaları dağıdılıb və zədələnib, ölən və yaralanan mülki şəxslər var.
“Ukraynanın bütün ərazisində Rusiyanın növbəti hava və raket zərbələri üçün böyük təhlükə var”, - Baş Qərargah bildirib.
Məlumatda deyilir ki, düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmut, Avdeyevski və Miner istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəltməkdə davam edir.
Volın, Polesski, Severski və Slobozhanski istiqamətlərində düşmənin hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib.