ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-də Qazaxıstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyindən bildirilib.
"28 fevral 2023-cü ildə ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstana ilk rəsmi səfərini edəcək. Dövlət katibi Astanada səfərdə olarkən Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul ediləcək və Qazaxıstanın Baş nazirinin müavini - Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq", - deyə XİN-dən bildirilib.
Bildirilir ki, həmin gün Astanada E.Blinkenin iştirakı ilə Mərkəzi Asiya ölkələri və ABŞ-ın xarici işlər nazirlikləri rəhbərlərinin "C5+1" formatında görüşü keçiriləcək.
"Gündəliyə ABŞ ilə regional əməkdaşlığın və tərəfdaşlığın gələcək inkişafı məsələləri daxildir", - deyə XİN-dən bildirilib.