Avstraliya hökuməti 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze deyib.
"Avstraliya hökuməti Ukraynaya əlavə hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Biz Ukrayna hərbçilərini döyüş meydanında kəşfiyyat aparmağa imkan verən pilotsuz uçuş aparatları ilə təmin edəcəyik. 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyik", - deyə baş nazir bildirib.
Baş nazir bildirib ki, sanksiyalar siyahısında Rusiyada “enerji, təbii sərvətlər, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan nazirlər, habelə Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən vətəndaşlar və təşkilatlar” yer alacaq.