24 Fevral 2023 14:37
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya qarşı yeni mərhələyə başlayıb və onu tükətməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, Rusiyanın Ukraynanı ələ keçirmək və hökuməti devirmək planları iflasa uğradığı üçün indi öz qüvvələrini Donbas və ölkənin cənubunun işğalında cəmləyib.

Britaniya Müdafiə Nazirliyi qeyd edir ki, indi Rusiya Federasiyası müharibənin aparılmasına münasibətini yenidən dəyişib və yeni mühüm əraziləri ələ keçirməyə deyil, Ukrayna qoşunlarını tükətməyə yönəlib.

Kəşfiyyat departament hesab edir ki, Rusiya rəhbərliyi resurslar və əhali baxımından üstünlüyü hesabına qalib gələ biləcəyinə ümid edərək uzunmüddətli müharibə aparmağı planlaşdırır.


Müəllif: Nemət

Oxşar xəbərlər