27 Fevral 2023 19:31
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğalçılar Krımı gözlənildiyi qədər asanlıqla verməyəcəklər. Amma yarımada uğrunda şiddətli döyüşlərin olacağı ehtimalı azdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Cənub” müdafiə qüvvələri komandanlığının sözçüsü Nataliya Humenyuk deyib.

“Güman etmirəm ki, Krımdan gözlədiyimiz qədər asanlıqla imtina edəcəklər. Amma şiddətli döyüşlərin olma ehtimalı azdır. Çox güman ki, şiddətli döyüşlər Donetsk və Luqansk vilayətləri üzrə qalacaq, Krımla bağlı isə fərqli ssenari üzrə gedəcək”, - Humenyuk bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər