Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələni üç gün əvvəldən bilən holland seysmoloq Frank Huqerbitsdən yeni xəbərdarlıq gəlib.
Teleqraf.com xəbər verir ki, martın ilk həftəsinə diqqət çəkən mütəxəssis yeni zəlzələlərin baş verəcəyini və silkələnmələrin 6 baldan yuxarı olacağını iddia edir.
Sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşacağını söyləyən Huqerbits bunun böyük zəlzələlərə səbəb ola biləcəyini deyir:
“Martın ilk həftəsi çox kritikdir. Ayın 2-də kritik planetar yaxınlaşma görürük.
Bu, çox vacib olacaq. Ayın 2-də 9 saat içində Yeri əhatə edən planetar yaxınlaşma olacaq. Bu, Yer, Merkuri və Saturn arasında baş verəcək. Bu, kritik durumdur. Nəticədə, ayın 3-ü və ya 4-ü civarında böyük seysmik hadisə baş verə bilər, yaxud 6-ı və ya 7-i. Şişirtmirəm.
Qorxu yaratmağa çalışmıram, bu xəbərdarlıqdır. Çünki kritik planet həndəsəsinin seysmik hadisələrə səbəb olduğu məlumdur. Buna qeyri-ciddi yanaşmamalıyıq.
Martın bu ilk həftəsində 6 baldan xeyli yuxarı birdən çox seysmik hadisə baş verə bilər. Bilmək üçün heç bir yol yoxdur. Yenə 7-8 baldan xeyli yuxarı seysmik hadisə ola bilər”.