2 Mart 2023 11:09
8 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kahramanmaraş vilayətində baş vermiş şiddətli zəlzələləri üç gün əvvəldən bilən məşhur holland seysmoloq Frank Huqerbitsin Günəş Sisteminin Araşdırılması Mərkəzindən (SSGEOS) Türkiyə ilə bağlı yeni açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, SSGEOS bu dəfə sosial şəbəkədəki paylaşımında İç Anadolu bölgəsi üçün xəbərdarlıq edib.

Açıqlamada 7.7-7.6 bal gücündə baş verən zəlzələlərdən sonra yaxın günlərdə İç Anadoluda daha güclü zəlzələnin baş verə biləcəyi bildirilib.

Digər tərəfdən, Huqerbits bu yaxınlarda verdiyi açıqlamada mart ayının ilk həftəsinə diqqət çəkərək, yeni zəlzələ ola biləcəyini iddia edib.

Yuxarıdakı dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşacağını söyləyən Huqerbits bunun böyük zəlzələlərə səbəb ola biləcəyini deyib:

“Martın ilk həftəsi çox kritikdir. Ayın 2-də kritik planetar yaxınlaşma görürük. Bu, çox vacib olacaq. Ayın 2-də 9 saat ərzində Yeri əhatə edən planetar yaxınlaşma baş verəcək. Bu yaxınlaşmaq Yer, Merkuri və Saturn arasında olacaq. Bu, kritik durumdur.

Martın bu ilk həftəsində 6 baldan xeyli yuxarı birdən çox seysmik hadisə ola bilər. Bilməyin heç bir yolu yoxdur. 7-8 baldan yuxarı ola biləcəyi də mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər