Prezident Vladimir Zelenski tərəfindən baş verənlərlə tanış olmaq üçün Ukraynaya dəvət edilən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti hərbi yardımla bağlı “açıq çek siyasəti” tətbiq edib-etməmək barədə qərar vermək üçün bu ölkəyə getməsinə ehtiyac olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Zelenski ölkəsini dəstəkləyən, amma “açıq çek siyasəti”nin tətbiq edilməməsinin lazım olduğunu iddia edən Makkartini Ukraynaya dəvət etmişdi.
“Makkarti heç vaxt Kiyevə və ya Ukraynaya səfər etməyib. Düşünürəm ki, bu, onun mövqeyinə kömək edəcək”, - Ukrayna prezidenti demişdi.