13 Mart 2023 16:43
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Məmləkət Partiyası dünən prezidentliyə namizədini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, sədr Məhərrəm İncə yekdilliklə prezidentliyə namizəd seçilib.

İncənin namizədliyi açıqlandıqdan sonra “Altılıq Masası”nda böyük narahatlıq yaşanıb. Səslərin parçalanması qorxusundan panikaya düşən CHP-dən bu gün yeni təklif gəlib.

CHP-dən olan millət vəkili Gürsəl Erol İncəyə diqqətçəkən mesaj göndərib.

Millət vəkili ondan namizədlikdən geri çəkilməsini gözlədiklərini bildirib:

“Məhərrəm İncənin Kılıçdaroğlunun lehinə namizədliyini geri götürməsini gözləyirik. O, ağıllı və rasional insandır. Evə qayıtmasını gözləyirəm. Məhərrəm bəy partiya mətbəxində yetişmiş, bütün səviyyələrdə xidmət etmiş bir şəxsdir”.

CHP-nin bu çağırışından sonra Məmləkət Partiyasının buna nə cavab verəcəyi maraq doğurub.

Partiyanın sözçüsü İpək Özkal Sayan təkliflə bağlı belə deyib:

“Biz o müzakirələrə girmirik. Dünəndən prezidentliyə namizədimizi seçmişik, Məmləkət Partiyası olaraq yolumuza davam edirik. Biz ölkəmizin mənafeyindən çıxış etmək əzmindəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər