16 Mart 2023 16:59
28 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək prezident seçkisində Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqladıqdan və Cümhur İttifaqına qatılmağa “yaşıl işıq” yandırdıqdan HÜDA-PAR Partiyasının səsverməyə necə təsir edəcəyi müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatının lideri Duran Kalkanın “Hər fürsətdə Kürdüstanda azadlıq mübarizəsinə mane olurlar” sözləri ilə hədəfə aldığı HÜDA-PAR icmasının xüsusilə kürd seçicilərə ciddi təsir etdiyi hər kəsə məlumdur.

Cümhur İttifaqının bununla səslərini nə qədər artıracağı sualı gündəmdə müzakirə olunarkən, HÜDA-PAR anket şirkətlərinin sevimli partiyası olub.

İctimai rəy araşdırmaçısı, MAK konsaltinq şirkətinin rəhbəri Məhmət Əli Kulat HÜDA PAR-ın Şərq və Cənub-Şərq bölgələrinin 6 şəhərində üstünlüyə malik olduğunu deyib. Kulat sorğu formalarına HÜDA-PAR-ın emblemini qoymadıqları və “Digər” bölməsinə əlavə etdikləri üçün sorğuya qatılan vətəndaşların sərt reaksiyaları ilə üzləşdiklərini bildirib.

“Zaman-zaman xüsusi olaraq Cənub-Şərq bölgələrini əhatə edən araşdırmalar aparırıq. Bu, aylıq hesabatlarımızda da yer alır. Batman, Diyarbəkir, qismən Van, Bitlis, Siirt və Bingöldə ağır çəkiləri var”, - Kulat qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər