Ukraynanın tezliklə Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı gözləntilər real deyil.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker deyib.
Yunker vurğulayıb ki, Ukrayna rekord sayıla biləcək ən qısa müddətdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb və Brüsselin bu qərarı doğrudur.
“Ukraynanın üzvlük perspektivinə ehtiyacı var. Amma Ukraynanın tez bir zamanda Avropa İttifaqına daxil olmasını istəyən Qərbdəki fəal siyasətçilərin ehtiyatsızlığı məni kədərləndirir. Mən bunu görmürəm”, - keçmiş sədr bildirib.
Yunker hesab edir ki, hazırda Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə danışıqlar mümkün deyil:
“Putin və bütövlükdə Rusiya hökuməti real sülh danışıqları aparmaq istəmir”.