21 Mart 2023 21:54
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan 6,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə hələki məlumat verilməyib.

Qeyd edilir ki, yeraltı təkanlar Özbəkistanda, Qazaxıstanda, Pakistanda, Türkmənistanda, Qırğızıstanda, Hindistanda və Çində də hiss edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər