Terror təşkilatları onun milli təhlükəsizliyinə təhdid yaratdıqca Türkiyə həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş vilayətində çıxışı zamanı deyib.
"Sərhədlərimizin daxilində və xaricində əməliyyatlarımız son terrorçu ölkəmiz və xalqımız üçün təhlükə yaratmadığına qədər davam edəcək", - deyə Türkiyə prezidenti bildirib.
Dövlət başçısı terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq göstərmək cəhdlərinin əbəs olduğunu da diqqətə çatdırıb:
"Türkiyəni terrorla diz çökdürmək və marginal strukturların köməyi ilə Türkiyə siyasətini qurmaq cəhdlərinin qarşısını alacağıq".