29 Mart 2023 11:18
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezident Vladimir Zelenski Çin lideri Si Cinpini ölkəsinə səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidenti çinli həmkarını qəbul etməyə hazır olduğunu deyib.

“Biz onu burada görməyə hazırıq, onunla danışmaq istəyirəm. Onunla genişmiqyaslı müharibədən əvvəl əlaqə saxlamışdım. Amma bütün il ərzində, bir ildən artıqdır ki, heç bir əlaqəmiz olmayıb”, - Zelenski bildirib.

Zelenski Moskvanın Cinpinin səfərindən gözləntilərinin özünü doğrultmadığını, buna görə də Rusiya lideri Vladimir Putinin Belarusda taktiki raketlərin yerləşdiriləcəyini elan etməklə “kiçik qələbə” əldə etdiyini düşündüyünü bildirib.

Zelenski hesab edir ki, Putinin “İskəndər”lərin Belarusda yerləşdirilməsi ilə bağlı bəyanatı diqqəti Çinin təminat verməməsindən yayındırmağa yönəlib:

“Bunun mənası nədi? Bu o deməkdir ki, səfər Rusiyaya sərf etməyib”.

Çin liderinin Moskvaya səfərindən bir neçə gün sonra Zelenski ilə əlaqə saxlaması gözlənilirdi, amma bu baş vermədi. Ümumiyyətlə, Si Cinpin Rusiya ordusunun işğalından sonra ukraynalı həmkarı ilə bir dəfə də danışmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu