"American Airlines” aviaşirkətinə məxsus Boeing 767 təyyarəsi Yamaykanın paytaxtı Kinqstonda təcili eniş edib.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, enişə səbəb salonda germetikliyin pozulması olub.
“American Airlines” şirkətinin rəsmi nümayəndəsi Keysi Norton bildirib ki, təyyarənin göyərtəsində 197 sərnişin və 9 ekipaj üzvü var. Hazırda Boqota-Mayami marşrutu ilə uçan təyyarə texniki yoxlamadan keçir.