3 Aprel 2023 17:17
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirmək istəyindən çox uzaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Şərq” hərbi dairəsinin sözçüsü Sergey Çerevatı deyib.

Sözçü qeyd edib ki, rus qoşunlarının öz bayraqlarını harada qaldırdıqları bəlli deyil. Onun sözlərinə görə, işğalçılar yalandan şəhəri tutduqlarını iddia edirlər. Çerevatı onu da söyləyib ki, Rusiya bayrağının qaldırıldığı iddia edilən şəhər administrasiyasının binası ətrafında da döyüşlər gedir.

“Bəzi ayaqyoluların üzərində bayraq qaldırıblar. Şəhəri tutduqlarını deyirlər. Qoy tutduqlarını düşünsünlər”, - sözçüsü bildirib.

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin dünən deyib ki, tabeliyindəki qüvvələr Baxmut Şəhər Şurasının binası üzərində Rusiya bayrağını qaldırıblar. Amma Çerevatı bunu qəti şəkildə təkzib edib.

“Baxmut Şəhər Şurasının binası ətrafında döyüşlər davam edir, qanuni olaraq heç nə ələ keçirilməyib. Baxmut Ukraynadır. Yumşaq desək, bundan çox uzaqdırlar”, - sözçü vurğulayıb.

Baxmut uğrunda döyüşlər aylardır davam edir. Son sutka ərzində sözügedən istiqamətdə Rusiya qüvvələrinin 20-dən çox hücumunun qarşısı alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər