5 Aprel 2023 21:26
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 6-7-də Türkiyədə keçiriləcək görüşdə “Akkuyu” atom elektrik stansiyalarının (AES) tikintisini və “Türk axını” layihəsini müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Akkuyu” AES-in tikintisi, “Türk axını” qaz kəmərinin istismarı kimi strateji layihələr üzrə birgə işlərə toxunulacaq”, - Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

XİN-dən onu da bildiriblər ki, növbəti turizm mövsümü ərəfəsində nazirlər rusiyalıların Türkiyədə hərtərəfli təhlükəsizliyinin təmin edilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.


Müəllif: Teleqraf.com