İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.
“İsrailin Baş naziri Binyamin Netanyahu İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin (hərbi polis), İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”, - deyə məlumatda qeyd olunur.