10 Aprel 2023 21:57
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio G7 (“Böyük Yeddilik”) çərçivəsində, eləcə də Kiyevin müttəfiqləri ilə geniş əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sərt məhdudiyyətlər qoymağa və Ukraynaya yardım göstərməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ukraynadakı vəziyyətə gəlincə, qanunun aliliyinə əsaslanan dünya nizamını qorumaq üçün Yaponiya G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi “yeddilik” ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa davam edərək Rusiyaya qarşı sərt tədbirlər görməyə davam edəcək və Ukraynaya yardımı gücləndirəcək”, - deyə Yaponiya Nazirlər Kabinetinin nümayəndəsi bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər