13 Aprel 2023 23:56
3 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu uğurlu olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu işğal edilmiş Donetskdəki separatçı qüvvələrin keçmiş kokmandiri, polkovnik İqor Girkin (Strelkov) deyib.

Strelkov Ukrayna ordusunun əks-hücuma keçəcəyi ilə bağlı müzakirələrin sadəcə söz-söhbət olmadığını bildirib.

“Təəssüf ki, bu ehtimal yüksəkdir. Hazırda cəbhədə olanların çoxu mənimlə razılaşır ki, bu hücum uğurlu ola bilər”, - separatçı vurğulayıb.

Bununla yanaşı, Strelkov çıxış yolunun olmadığını, Ukraynanın əks-hücumunun mütləq baş tutacağına inandığını və bunun çox yaxında baş verəcəyini iddia edib.

Onun sözlərinə görə, Ukraynada torpaq bir az quruyanda ordu hərəkətə keçəcək.

“Təxminən mayın ortalarında uzun müddət yağışların olmayacaq və uzun müddət yaxşı havaya zəmanət veriləcək”, - Strelkov deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər