Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.
"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq", - Kotenko deyib.
O, dəqiqləşdirib ki, itkin düşənlərin təxminən 60-65%-i, statistikaya görə, sağdır və əsirlikdədir.