Polisdən qaçan tibb bacısı işlədiyi xəstəxananın parkında ov tüfəngiylə intihar edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Fransanın şimalında Pas-de-Kalais bölgəsinin Arras qəsəbəsində dəhşətli anlar yaşanıb. Yeni ilin ilk saatlarında tibb bacısı keçmiş sevgilisinin evinə gedərək, ov tüfəngiylə 3 nəfəri öldürüb, 2-sini isə ağır yaralayıb. Yaxınlıqda xidmət aparan polis atəş səslərini eşitdikdə hadisə yerinə gəlib. Bu zaman qadın qaçmağa başlayıb. Onu təqib edən polis xəstəxana həyətində tibb bacısının meyitini aşkar edib.
Xəstəxanaya aparılan yaralıların müalicəsi davam edir.
Polis hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.
Samir