ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatlarında bildirilib.
ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.
Hərbi yardım paketi Prezidentin Silahların Azaldılması Təşəbbüsünün bir hissəsidir və ABŞ liderinə fövqəladə hallarda amerikan ehtiyatlarından silah ötürməyə imkan verir