23 Aprel 2023 13:56
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu bu gündən aprelin 27-dək Qırğızıstan və Tacikistanda səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

Donald Lunun rəhbərlik etdiyi nümayəndə heyəti bölgə ölkələri ilə ABŞ arasında ​regional əlaqələri gücləndirilməsini müzakirə edəcək.

Dövlət katibinin köməkçisi Bişkekdə Qırğızıstanın yüksək vəzifəli rəsmiləri ilə martda ABŞ-la bu ölkə arasında keçirilmiş məhsuldar ikitərəfli təmaslar zamanı müzakirə olunan ikitərəfli və regional məqsədləri daha da irəlilətmək üçün görüşəcək.

Lu bundan sonra ABŞ-Tacikistan tərəfdaşlığını dərinləşdirmək və təhlükəsizlik də daxil olmaqla ümumi məsələlər və məqsədləri müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşmək üçün Düşənbəyə gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər