Ermənistan qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin tələbini qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Yakob Kedminin açıqlamasında deyilir.
“Ermənistan hazırda Türkiyə ilə iqtisadi əlaqələri bərpa edir. Türkiyə hakimiyyətinin qarşıya qoyduğu, amma açıqlanmayan ilkin şərtinə əsasən, Ermənistan tərəfi erməni soyqırımının (qondarma - red.) tanınması məsələsini öz gündəliyindən çıxarıb”, - Kedmi bildirib.
Eyni zamanda, ermənipərəst ekspert açıqlamasında keçmiş Osmanlı İmperiyası və Türkiyəyə iftira ataraq, qondarma iddianı "erməni xalqının unudulmaz milli faciəsi" adlandırıb.