25 Aprel 2023 01:51
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Svat bölgəsində polis məntəqəsini hədəf alan bombalı hücumda 8 polis əməkdaşının öldüyü, 57 nəfərin yaralandığı bildirilib.

Teleqraf.com Pakistan mətbuatına istinadən xəbər verir ki, hücumda Pakistan Terrorla Mübarizə Bölməsi (CTD) hədəf alınıb.

Bombalı hücumda iki partlayışın olduğu və polis idarəsinin binasının tamamilə dağıldığı qeyd edilib.

Mətbuata açıqlama verən polis rəsmini hadisənin kamikadze tərəfindən törədildiyini bildirib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.


Müəllif: Teleqraf.com