“Ölkəmizin gələcəyini separatçılar və terrorçular tərəfindən dəstəklənən Kılıçdaroğluna buraxmaq olmaz”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalif Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
“CHP-dən İYİ Partiyaya və HDP kimi separatçı partiyalara qədər hamısının məqsədi parlamentli sistemə keçməkdir. Bir ittifaq içində bir-biri ilə çəkişən partiyaların koalisiya hökumətini mədh etmələri ağılsızlıqdır. Belə zehniyyətin ağlı-fikri kreslonun yanındadır.
“Baş nazir olacam” təbliğatı ilə FETÖ layihəsi olanlar öz partiyalarında nə idealist, nə də millətçi qoyublar. Dövlətin yaddaşı canlıdır. Dövlətin nə olduğunu bilməyənlər, millətə dərin bağlılıq hiss etməyənlər, siyasi həyatını şəxsi maraqlarına bağlayanlar millətin üzünə baxa bilməzlər. Həqiqəti söyləməkdən çəkinməyəcəyik.
Masadan qalxıb, sonradan yenidən oturan İYİ Partiya sədri (Maral Akşənər) uğursuzluğa düçar oldu”, - Bağçalı bildirib.
MHP lideri CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu da tənqid edib:
“Separatçı terror təşkilatı PKK Kılıçdaroğlunun dəstəkçisidir. FETÖ-çülər, türk düşmənləri, imperializmin piyadaları CHP-nin namizədləri kimi göstərilib. Kılıçdaroğlu narkomanlardan “təmiz pul” alacağını iddia edir. HDP-nin qəyyum partiyası Yaşıl Sol Partiyası da Kılıçdaroğlunun arxasındadır.
Zillət İttifaqı (Millət İttifaqını nəzərdə tutur – red.) terror ittifaqıdır. Ölkəmizin gələcəyini Kılıçdaroğluna buraxmaq olmaz. Onların uğursuzluqları gün kimi aydındır”.