Prezident Ərdoğanın baş nazirliyi dövründə otağına dinləmə cihazları yerləşdirilməsi ilə bağlı açılan cinayət işinə məhkəmədə baxılır.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, artıq bu işlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib. Ankara 7-ci Ağır Cəza Məhkəməsində cinayət işində şübhəlilərdən Baş nazirin Mühafizə Xidmətinin rəhbəri Mehmet Yüksəl, Yaxın Mühafizə rəisi Zəki Bulud, Əhməd Türər, Seyid Saydam, Xurşud Gölbaşı, Harun Yavuz, İbrahim Sarı ifadə veriblər.
Haqqlarında həbs qərarı çıxarılanlardan isə Serhat Demir, Əli Özdoğan, Sedat Zavar, İlker Usta və Enes Cıgcı məhkəmə prosesinə qatılmayıb. Məhkəmə prosesi davam etdiriləcək.
Nihad