28 Aprel 2023 17:13
1 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının siyasi qanadı HDP və digər kürd təşkilatları mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə dəstəkləyəkləri namizədin adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, partiyalar birgə bəyanatlarında Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəklərini bildiriblər.

“Bu tarixi seçkilərdə bir daha Türkiyə xalqlarını parlament seçkilərində Əmək və Azadlıq İttifaqına, prezident seçkilərində isə Kamal Kılıçdaroğluna səs verməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Əmək və Azadlıq İttifaqına HDP ilə yanaşı, Yaşıl Sol Partiyası, Türkiyə Fəhlə Partiyası, Fəhlə Partiyası, Sosial Azadlıq Partiyası, Fəhlə Hərəkatı Partiyası və Sosialist Şuralar Federasiyası daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər