Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyaya səfərindən sonra Niderlanda gedib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Zelenskinin Haaqada “Ədalətsiz sülh yoxdur” mövzusunda çıxışı da nəzərdə tutulub.
O, Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran Beynəlxalq Cinayət Məhkəməsinə baş çəkəcək.