4 May 2023 13:52
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

SONAR Araşdırmalar Mərkəzinin rəhbəri Hakan Bayrakçı mayın 14-də Türkiyədə keçiriləcək seçkilərlə bağlı apardıqları sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, mərkəzin rəhbəri seçkilərin müxalifət üçün çətin olacağını deyib.

Hakan Bayrakçının açıqlaması belədir:

“İki partiyada müəyyən konsentrasiya var, AKP və CHP-yə artan meyl görürük. AKP 40 faizin ya altına düşür, ya da üstünə çıxır. CHP də 30-dan bir az yuxarı və ya aşağı olur. MHP deyildiyi qədər az səs almayacaq. Yenidən Rifah Partiyasının da 2 faizlik töhfəsi (Cümhur İttifaqına) var.

Bəziləri tənqid etsələr də, Demokratik Sol Partiyası (Cümhur İttifaqının ortağı) 1 faiz səs ala bilər.

Millət İttifaqının durumuna gəldikdə, Kılıçdaroğlunun namizədliyi səbəbindən CHP-nin səslərində artım var. DEVA-nın 1 faiz, Gələcək Partiyasının isə daha az qatqısı var. Ankarada müəyyən çətinlikləri olacaq, amma Ərzincanda uğur əldə edə bilərlər. İyi Partiya yaxşı başlamışdı, amma dalana dirəndi. Gücünü öz ölçüsündə saxlayır.

SONAR-ın təsbiti budur. Sinan Oğan qalxıb. Seçicilərdə ikili qütbləşmə olmasaydı, Məhərrəm İncə 8-9-dan aşağı düşməzdi.

Xarici səslər Ərdoğanın lehinə 0.6 faiz üstünlük gətirə bilər. Əlbəttə, xarici səslərdə dəyişiklik olmasa. Xaric Kamal bəyə artım vermir. Bu sorğuya görə, Kılıçdaroğlunun ilk turda qalib gəlməsi mümkün deyil. Vaxtilə Məhərrəm İncənin 31 faiz alacağını demişdim, elə də oldu.

Hər seçki öz qaydaları daxilində qurulur. Ərdoğan ən güclü vaxtında 52 faiz toplamışdı. Kamal bəyin namizədliyi bu seçkiləri müxalifət üçün çətinləşdirib”.


Müəllif: Mənsur Rəğbətoğlu