"Boko Haram" döyüşçülərinin Kamerunun şimalında avtobusa hücumu nəticəsində ən azı 15 nəfər həlak olub.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Kamerunun təhlkəsizlik xidməti məlumat yayıb.
"Boko Haram" döyüşçüləri Kusseridən Maruya sərnişin daşıyan avtobusa hücum edib və dərhal 15 nəfəri qətlə yetirib", - yüksək rütbəli məmur Röyterə bildirib.
Hadisə zamanı daha 10 nəfər ağır yaralanıb. Onlar Maru şəhərhospitalına yerləşdirilib. Mənbə ölənlərin sayının artacağını istisna etməyib.
Nihad