Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 55 hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar dörd əsas istiqamətdə - Liman, Baxmut, Avdiv və Marin üzrə irəliləməyə çalışırlar.
Rusiya qüvvələrinin Liman istiqamətində Spirni rayonuna doğru irəliləmək cəhdi uğursuz olub.
Rusların yandırıcı və fosforlu sursatlarının atəşi altında olan Baxmut şəhəri daxilində döyüşlər davam edir. Rusiya qoşunları şəhərdən kənarda Xromovo, İvaniv, Çasov Yar və Stupoçek istiqamətində irəliləməyə cəhd etsə də, uğur qazanmayıb.
Rusiya qüvvələrinin digər iki istiqamətdə - Avdiv və Marində də həmlələri eyni dərəcədə uğursuz olub.
Baş Qərargah rusların xüsusilə Marində fəal olduqlarını bildirib.
Bundan başqa, Rusiyanın Ukraynadakı itkiləri artıb, son sutka ərzində 500-dən çox rus hərbçisi sıradan çıxarılıb. Rus ordusunun ümumi itkisi təxminən 194 970 nəfərdir.
Gün ərzində rusların 7 tankı, 5 zirehli döyüş texnikası, 8 artilleriya sistemi, 42 PUA-sı, 6 yük maşını və 4 xüsusi texnikası məhv edilib.