Avropa Birliyi Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edərsə, rəsmi Pekin ölkəmizin maraqlarını qoruyacaq.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
“Mətbuatda yayılan xəbərin doğruluğu üzə çıxarsa, Avropa tərəfinin bu davranışları Avropa Birliyi ilə Çin arasında qarşılıqlı etimadı və əməkdaşlığı ciddi şəkildə sarsıdacaq. Avropa tərəfi səhv etməməlidir, əks halda Pekin öz rasional əsaslandırılmış qanuni hüquqlarını qətiyyətlə müdafiə etməli olacaq”, - Çin rəsmisi bildirib.
Bundan əvvəl “Financial Times” yazıb ki, AB Rusiyaya avadanlıq tədarük edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Təklif AB-nin bütün 27 ölkəsi ilə razılaşdırıla bilsə, bu, Avropanın anti-Rusiya sanksiyaları çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi ilk məhdudiyyət olacaq.
Nəşrin məlumatına görə, 11-ci sanksiyalar paketinə Çindən 7, Birləşmiş Ərəb Əmirliklərindən 2, Ermənistandan isə 1 şirkət daxil olacaq.