Rusiya qoşunları Baxmutda yeni əraziləri ələ keçiriblər. Geolokasiya görüntüləri “Vaqner” bölmələrinin Baxmutun qərbinə doğru hərəkət etdiyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qoşunları Ukrayna ordusunun Baxmutun qərb və cənubundakı mövqelərinə hücumları davam etdirirlər.
Eyni zamanda, amerikalı analitiklər deyirlər ki, mərmi çatışmazlığı ilə bağlı etirazlara baxmayaraq, Rusiyanın Baxmuta artilleriya atəşi azalmayıb. Qeyd olunur ki, ruslar hələ də mayın 9-dək şəhəri ələ keçirəcəklərinə ümid edirlər.