Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə iki gün qalmış aparılan son sorğunun nəticələri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, nəticələrdən namizədlər arasında ciddi fərqlərin olduğu görünür.
IDEA Araşdırmalar Mərkəzi tərəfindən açıqlanan son nəticələrə görə, birinci yerdə olan namizədlə ikinci yerdə olan namizəd arasında 7 faizlik fərq var.
İlk namizədin birinci turda 50+1 faiz səs toplayacağı bildirilib. İkinci yeri tutan namizəd ondan 7 faiz geri qalır.
Prezident seçkilərinin nəticələri belədir:
Birinci namizəd: 51.4 faiz
İkinci namizəd: 43.7 faiz
Üçüncü namizəd: 2.5 faiz
Dördüncü namizəd: 2.4 faiz
Sorğuya əsasən, partiyalar üçün nəticələr aşağıdakı kimidir:
Birinci partiya: 38.3 faiz
İkinci partiya: 27.5 faiz
Üçüncü partiya: 8.3 faiz
Dördüncü partiya: 8.3 faiz
Beşinci partiya: 8.2 faiz
Altıncı partiya: 2.2 faiz